DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Səbuhi Sayılov Daxili İşlər Nazirliyinin “Facebook” səhifəsinə təşəkkür mesajı yazaraq üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Neftçala RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Saatlı rayon sakini Tofiq Əşrəfli DİN-ə ünvanladığı təşəkkür məktubunda şəhid və qazi ailələrinə göstərdikləri diqqət və qayğıya,  eləcə də xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə və Saatlı RPŞ-nin kollektivinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Ziya Abbasbəyli məktubunda maddi vəsaitinin mənimsənilməsi faktı ilə bağlı müraciəti ilə əlaqədar Nərimanov Rayon Polis İdarəsində obyektiv araşdırma aparılaraq məsələyə hüquqi qiymət verildiyini və dəymiş maddi ziyanın ona ödətdirilməsində köməklik göstərildiyini qeyd edir. O, müraciətinə diqqətlə yanaşıldığına, obyektiv araşdırmalara və operativliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayır.

Bakı şəhər sakini Elza Abdullayeva məktubunda pulunun itməsi ilə bağlı etdiyi müraciətinin Sabunçu Rayon Polis İdarəsində obyektiv araşdırılaraq müsbət həll olunduğunu qeyd edir.
O, xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirən Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Sumqayıt yəhudiləri dini icmasının ravvini Leixter Menaxem Mendel Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb: “Sumqayıt Şəhər Polis İdarəsinin peşəkar fəaliyyətinin nəticəsi olaraq şəhərimizdə təhlükəsiz mühit formalaşmışdır. Belə bir mühit şəhər sakinlərinin rahat həyat tərzinə, ümumilikdə ictimai münasibətlərin tənzimlənməsi və mədəni təsisatların inkişafına öz mühüm töhfəsini verməkdədir. Şəhərin yəhudi sakinləri olaraq biz də gündəlik həyatımızda, milli-dini əlamətdar günlərdə, xüsusilə Pesax bayramında təhlükəsizliyimizin qorunması məqsədilə həyata keçirilən tədbirləri yüksək qiymətləndiririk. Azərbaycan polisinə işlərində müvəffəqiyyətlər və yeni nailiyyətlər arzulayırıq”.

Vətəndaş Ceyhunə Həsənova DİN-in “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə etdiyi müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Şamaxı rayon sakini Cəlil Rəhimov müraciətinə obyektiv baxıldığına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Ağsu rayon sakini Mehriban Həsənova müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Şamaxı rayon sakini İldırım Elyazov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həll olunmasına görə, Şamaxı RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.