Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
| Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən |
|
| 07 may 2012 Mayın 7-də Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində 2012-ci tədris ilinin ikinci toplanışının buraxılışına və ilkin hazırlıq kursunu bitirmiş dinləyicilərin and içmələrinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. |
| Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı |
|
| 07 may 2012 Mayın 7-də Daxili İşlər Nazirliyində ümummilli liderimiz, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətşi Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. |
| Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı |
|
| 27 aprel 2012 Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində ölkəmizə səfərə gəlmiş daxili işlər nazirinin müavini Veselin Vuçkovu qəbul etmişdir.
|