Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2010-cu il ərzində daxili işlər orqanlarının şəxsi heyəti arasında nizam-intizama və qanunçuluğa riayət olunması ilə bağlı məlumat

26.03.2011
  • 2010-cu il ərzində nümunəvi xidmətlərinə, o cümlədən, ictimai asayişin mühafizəsində, cinayətkarlığa qarşı mübarizədə əldə etdikləri nailiyyətlərinə görə daxili işlər orqanlarının 14133 nəfər əməkdaşı mükafatlandırılmışdır;
  • 2010-cu il ərzində daxili işlər orqanları üzrə istər xidmətdə, istərsə də xidmətdən kənar vaxtda  nizam-intizam qaydalarının, həmçinin qanunçuluğun tələblərinin pozulması hallarına görə 3752 əməkdaş cəzalandırılmışdır;
  • 2010-cu il ərzində daxili işlər orqanları əməkdaşları tərəfindən qanun pozuntusuna yol verilməsi ilə  bağlı  193 fakt qeydə alınmış, buna görə 301 nəfər əməkdaş müvafiq qaydada cəzalandırılmış, onlardan 21 nəfəri daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur;
  • o cümlədən, 2010-cu il ərzində polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı 174 fakt qeydə alınmış, bu cür neqativ hərəkətlərinə görə 278 nəfər əməkdaş müvafiq qaydada cəzalandırılmış, onlardan 18 nəfəri daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur; 
  • 2010-cu il ərzində ümumilikdə, 129 nəfər əməkdaş mənfi motivlərlə, o cümlədən narkotik vasitələrdən qanunsuz istifadə etdiklərinə görə 26 nəfər, spirtli içkilərə aludəçilik göstərdiklərinə görə isə 10 nəfər əməkdaş daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. 

geriyə