DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin yığma komandası 3-cü yeri tutub

02.11.2016


Cari il oktyabrın 26-dan 30-dək Düşənbə şəhərində Tacikistan Respublikasının dövlət müstəqilliyinin 25 illik yubileyinə həsr olunmuş beynəlxalq mini-futbol turniri keçirilib. Yarışlarda Rusiya Federasiyası, Azərbaycan, Qazaxıstan, Qırğızıstan respublikaları Daxili İşlər nazirliklərinin yığma komandaları, həmçinin Tacikistan Respublikasının güc strukturlarının 4, Rusiya Müdafiə Nazirliyinin 1 komandası iştirak ediblər.

Rusiya DİN-in yığma komandası bütün görüşlərdə qələbə qazanaraq turnirin qalibi olub. İkinci yeri Tacikistan DİN-in, 3-cü yeri isə Azərbaycan DİN-in yığma komandaları tutublar.