DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

07.11.2016


Noyabrın 5-də DİN-in Polis Akademiyasında paytaxt ərazisində yerləşmiş struktur hissələrin və ərazi polis orqanlarının rəislərinin şəxsi heyətlə iş üzrə köməkçiləri ilə xidməti fəaliyyətin mənəvi-psixoloji təminatı məsələlərinə həsr olunmuş geniş seminar-müşavirə keçirilib.
Tədbirdə respublikanın daxili işlər nazirinin müavini, polis general-leytenantı  İsmət Əliyev iştirak edib.


Nazir müavini ötən əsrin sonlarında ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişaf sahəsində bir çox nailiyyətlər qazandığını, bunlardan ən əhəmiyyətlilərindən biri kimi həmin dövrdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modelinin yaradıldığını, ulu öndərin əsasını qoyduğu bu siyasətin  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hazırda uğurla davam etdirildiyini xüsusi vurğulayıb.

Qeyd olunub ki, ölkədə iqtisadi islahatların sürətlə davam etdirilməsi, iqtisadiyyatın inkişafında əldə olunmuş müsbət nəticələr sosial sahədə əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə, əhalinin yaşayış səviyyəsinin daha da yüksəlməsinə imkan yaradıb, cəmiyyətin bütün təbəqələrini əhatə edən iqtisadi inkişaf tendensiyası daxili işlər orqanlarında çalışan əməkdaşların da maddi-rifah halının yaxşılaşdırılmasında özünü büruzə verib. O da nəzərə çatdırılıb ki, son illər dövlət rəhbərliyi səviyyəsində şəxsi heyətin həyat və sosial şəraitinin yaxşılaşdırılması, daxili işlər orqanlarının maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində də xeyli iş görülüb.

Qarşıda duran vəzifələrdən danışan polis general-leytenantı İ.Əliyev ölkə Prezident cənab İlham Əliyevin siyasi iradəsilə “vətəndaşa, insan faktoruna yönümlü” idarəetmə modelinin formalaşdırılması nəticəsində “polis-vətəndaş” münasibətlərinə dair yeni düşüncə tərzinin, yanaşma qaydasının təşəkkül tapdığını, bu gün daxili işlər orqanlarının fəaliyyətinin cəmiyyət üçün açıq, həm də sosial yönümlü olduğunu, əhalinin bütün qrup və təbəqələri, vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əlaqədə iş aparıldığını, polisə münasibətin öyrənilməsinin diqqət mərkəzində saxlanıldığını, eyni zamanda, cinayətkarlığa qarşı mübarizənin nəticələri barədə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırıldığını diqqətə çatdırıb.

Sonra DİN-in Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev daxili işlər orqanlarının əməkdaşları arasında nizam-intizamın, qanunçuluğun vəziyyəti və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.

Nazir müavini İsmət Əliyev bu qəbildən olan sonuncu seminar-müşavirəyə yekun vuraraq əməkdaşların təlim-tərbiyəsi, fəaliyyətin mənəvi-psixoloji təminatı yönündə DİN rəhbərliyinin, şəxsən cənab nazirin tapşırıqlarını, tələblərini bir daha iştirakçıların diqqətinə çatdırıb, bu istiqamətdə qarşıya qoyulan başlıca vəzifələrdən danışıb, onların həlli yolları barədə tapşırıqlarını verib.