DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaşların nəzərinə

16.05.2018

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən də respublikanın bölgələrinə səfərlər edilərək vətəndaşların qəbulu həyata keçirilir. 
Bu səfərlərdə əsas məqsəd ərazi polis orqanlarının fəaliyyətinə dair vətəndaşların şikayətlərini şəxsən dinləmək, qaldırdıqları məsələlərin və problemlərin qanunauyğun həlli ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin etməkdir.  
Lakin qeyd olunmalıdır ki, həmin qəbullara daxili işlər orqanlarında xidmət etmək istəyən yüzlərlə gənc və onların valideynləri gəlir ki, bu da cinayətlərdən və digər hüquqpozmalardan zərər çəkmiş vətəndaşlarımızın qəbulunda və şikayətlərinə baxılmasında problemlər yaradır.  

Məlumat üçün bildiririk ki, daxili işlər orqanlarında xidmət etmək arzusunda olan şəxslər Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən polis hazırlığı kurslarının tədris planına və müsabiqələrin keçirilməsi cədvəlinə uyğun olaraq, yalnız Nazirliyin internet saytında ayrıca verilmiş elan əsasında il ərzində 3-4 dəfə qəbul edilirlər. 
Bununla əlaqədar respublikanın şəhər, rayon polis orqanlarında, o cümlədən cari ilin may ayının 26-da Bərdə rayon polis şöbəsində keçiriləcək növbəti qəbul zamanı daxili işlər orqanlarında xidmətə qəbulla bağlı müraciətlərə baxılmayacaqdır.