DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

22.03.2005



Martın 22-də respublika Daxili İşlər Nazirliyində daxili işlər orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən ali hüquq təhsilli əməkdaşların orta rəis heyəti vəzifələrinə irəli çəkilməsinə həsr olunmuş tədbir keçirilmişdir.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bugünkü tədbirin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin kadrların düzgün seçilib yerləşdirilməsi və bu sahədə şəffaflığın, aşkarlığın təmin edilməsi siyasətinə uyğun olaraq keçirildiyini vurğulamışdır.
Nazir bildirmişdir ki, bu gün respublikanın bütün rayonlarından DİN-nin orqan və hissələrində zabit  vəzifələrinə irəli çəkilmək üçün sıravi və kiçik rəis heyətində xidmət edən  ali hüquq təhsilli 100 nəfərdən artıq əməkdaş nazirliyə dəvət olunmuşdur. O da qeyd edilmişdir ki, daxili işlər orqanlarının şəxsi heyətinin ölkədə cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini, sabitliyin, əmin-amanlığın nümunəvi qorunması sahəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsində sıravi və kiçik rəis heyəti vəzifələrində çalışan əməkdaşların da müəyyən rolu vardır.
Uzun müddət daxili işlər orqanlarında çalışan ali hüquq təhsilli həmin əməkdaşlara orta rəis heyəti üzrə boş qalmış yerlər təklif olunmuş və onların istəyi nəzərə alınmaqla təyinat məsələləri elə yerindəcə həll edilmişdir.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov həyatlarındakı ən əlamətdar günlərdən biri münasibətilə onları təbrik etmiş, gələcək fəaliyyətlərində uğurlar diləmiş, zabit şərəfini hər şeydən uca tutmağı, göstərilən etimadı layiqincə doğrultmağı, cinayətkarlıqla mübarizədə barışmaz və qətiyyətli, xalqa və dövlətçiliyə daim sədaqətli olmağı arzulamışdır.

22 mart 2005-ci il.