DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətlərindən

31.03.2014

Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən son günlər Lənkəran və Quba şəhərlərində törədilmiş ağır cinayətlərin üstü açılmışdır.
Belə ki, martın 21-də Lənkəran şəhər sakini Surayə Tağıyeva evindən güllə yarası ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini Samid Hüseynov tutulmuşdur. Ondan “AKM” markalı silah və 7 patron, habelə cinayəti törədərkən maska kimi istifadə etdiyi papaq və əlcək götürülmüşdür.
Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır, istintaq aparılır.
Samid Hüseynov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Bundan başqa, martın 28-də Azərbaycan Müəllimlər İnstitutunun Quba rayon filialında oranın tələbəsi Vüqar Babayev münaqişə zəminində tələbə yoldaşı Xalid Osmanlıya döş qəfəsindən bıçaqla çoxsaylı xəsarətlər yetirmişdir. X.Osmanlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdir.
Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq zəruri ekspertizalar təyin edilmişdir.
Cinayəti törətməkdə şübhəli bilinən Vüqar Babayev polis əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda hər iki fakt üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.