DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Tolerantlığa dair növbəti tədbir Ağcabədidə keçirilib

18.07.2014

Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə "Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır" mövzusunda növbəti konfrans iyulun 18-də Ağcabədi rayonunda keçirilib.
Tədbiri giriş sözü ilə açan DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov Azərbaycanda bütün dinlərə və digər millətlərə tarixən tolerant münasibət bəslənildiyini bildirib, dini ayrıseçkilik və ədavət salınmasının, dözümsüzlük ideyalarının yayılmasının yolverilməzliyi, belə halların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən görülən işləri və bu sahənin daim diqqət mərkəzində saxlanıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Ağcabədi RPŞ-nin rəisi, polis polkovniki Şamil Seyidli çıxışında rayonda radikalizmi, dözümsüzlüyü və bölücülüyü təbliğ edən zərərli meyllərə qarşı aparılan mübarizə tədbirləri barədə iştirakçılara məlumat verib.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Əbülfət Tapdıqov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli şöbəsinin nümayəndəsi Əlizadə Nəcəfov, Qafqaz Müsəlmanları İdarəsinin rayon üzrə dini icmanın sədri Mərdan Rzayev, Ağsaqqallar Şurasının sədri Məhərrəm Əzimov, Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov və digər şəxslər çıxış edərək, dini, mənəvi-əxlaqi dəyərlərin qorunması sahəsində görülən işlərdən danışıb, ölkəmizdə dini sahədə maarifləndirmə işləri ilə bağlı belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini qeyd ediblər.