DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

19.11.2014


Respublika Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən cari il sentyabrın 19-dan cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsinə başlanılıb.
Həmin məqsədlə  hər iki qurumun əməkdaşlarından ibarət işci qrupu yaradılıb və bugünədək ümumilikdə 1350 məhkuma şəxsiyyəti təsdiqləyən sənədlər təqdim olunub.
Tədbirlərin davamı olaraq bu gün Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisində 45  məhkuma da şəxsiyyət vəsiqəsi verilib.
Hazırda cəzaçəkmə müəssisələrində cəza çəkənlərin şəxsiyyəti təsdiq edən sənədlərlə təmini işi mərhələli şəkildə davam etdirilir.