DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

15.12.2014

Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü və aidiyyatı ərazi polis orqanlarının müvafiq xidmət əməkdaşlarının iştirakı ilə dekabrın 13-də Sumqayıtda bu şəhərin, eyni zamanda, Qubadlı, Laçın, Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa rayonlarının sakinlərinə şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.

Tədbir zamanı 232 vətəndaşa, o cümlədən 16 yaşına çatmayan 64, 16 yaşına çatmış 168 nəfərə yeni şəxsiyyət vəsiqələri verilib. Bundan əlavə, 198 nəfərin də şəxsiyyət vəsiqələri ilə təmin olunması üçün müvafiq sənədlər qəbul edilib.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi proses davam etdirilir.