DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

18.12.2014

Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü və Daşkəsən RPŞ-nin müvafiq xidmət əməkdaşlarının iştirakı ilə dekabrın 18-də rayonun Qabaqtəpə, Quşçu, Çanaqçı və Yeni Daşkəsən kəndlərində yaşayan sakinlərə şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.

Tədbir zamanı, ümumilikdə, 119 nəfərə yeni şəxsiyyət vəsiqələri verilib, həmçinin, 115 nəfərin şəxsiyyət vəsiqələri ilə təmin olunması üçün müvafiq sənədlər qəbul edilib.

Rayon sakinləri bu tip səyyar xidmətlərin təşkilinə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi proses davam etdirilir.