DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

06.03.2015


Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü, respublikanın Oğuz, Samux, Tərtər, Qax, Qusar, Gədəbəy, Şamaxı və Naftalan RPŞ-lərin müvafiq orqan əməkdaşlarının iştirakı ilə vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı növbəti səyyar xidmət keçirilib. 
 
Tədbirlər zamanı adları çəkilən rayonlardakı orta məktəblərin buraxılış sinif şagirdlərinin və şəxsiyyət vəsiqələrinin etibarlıq müddəti bitmiş, ümumilikdə, 1100 nəfərə yaxın şəxsin  sənədləri qəbul edilib və onlara yeni vəsiqələr təqdim olunub.
 
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması prosesi davam etdirilir.