DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakı Şəhər Baş Polis İdarəsindən

05.04.2015


Aprelin 5-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.  
 
Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların, bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının və bəzi radikal dini qrupların ümumi sayı 500 (beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. 
 
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.