DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat Xidmətlərindən

08.07.2015

2015-ci il iyulun 7-də Xaçmaz rayonunun Günəşli kəndi ərazisində fəaliyyət göstərən istirahət mərkəzlərinin birində Biləsuvar rayon sakini Ramil Abbaslı aralarında yaranmış münaqişə zəminində üstündə gəzdirdiyi bıçaqla Xaçmaz şəhər sakini Famil Məmmədovu qətlə yetirmişdir.

Rayon Polis Şöbəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Ramil Abbaslı şübhəli şəxs qismində tutulmuşdur.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.