DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaşların nəzərinə

19.09.2015

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2015-ci il sentyabr ayının 29-da saat 10:00-da Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik rayonlarının sakinlərini Lənkəran şəhər-rayon Polis Şöbəsində qəbul edəcəkdir.

Qəbul başa çatdıqdan sonra saat 12:00-da, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik rayon polis şöbələrində vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Lənkəran rayon polis şöbəsində sıra baxışı keçiriləcəkdir. Sıra baxışında yalnız qeyd olunan rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və aşağıdakı şərtlərə cavab verən şəxslər iştirak edə bilərlər:
- müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud  tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, özü və yaxın qohumları məhkum olunmamış, atletik cüssəli, 20 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Müsabiqəyə yuxarıda qeyd olunan rayon polis şöbələrində 17 vəzifə elan edilir. Həmin vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından, namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaqdır. Xarici dil bilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcəkdir.