DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

18.09.2015

Respublikanın daxili işlər orqanları tərəfindən mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib və nəticədə qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb.  
 
Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının sentyabrın 16-da həyata keçirdikləri tədbirlərlə Cəlilabad rayon sakini Şahin Cəfərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil saxlanılıb. Baxış zamanı bu nəqliyyat vasitəsindən ağır tərkibli narkotik vasitələr olan 19,5 kiloqram tiryək və 830 qram heroin aşkar edilərək götürülüb.
 
Polis əməkdaşları Şahin Cəfərovu və avtomobildə olan Yardımlı rayon sakinləri - Ərəstun İbayevi, Elvin Ağayevi və Baloğlan Əmrahovu şübhəli şəxs qismində tutublar. 
 
İlkin araşdırmalarla sürücü və onun sərnişinlərinin qabaqcadan cinayət əlaqəsinə girdikləri və İran İslam Respublikasından ölkəmizə qaçaqmal yolu ilə keçirilən külli miqdarda narkotik vasitəni qazanc məqsədi ilə satmaq istədikləri müəyyən edilib.   
 
Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayətin digər iştirakçılarının da tapılıb tutulmaları və  məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.