DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

29.09.2015

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 29-da Lənkəran Şəhər Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.
Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik şəhər və rayonlarının qəbul üçün müraciət edən sakinlərinin, həmçinin, veteranların və şəhid ailələrinin bir qrupu ilə görüşən nazir onları narahat edən problemlərin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib. Polis fəaliyyəti ilə bağlı olmayan müraciətlərin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb. Ümumilikdə, cənab Ramil Usubov tərəfindən 40 vətəndaş qəbul edilib.

Bununla yanaşı, kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində, Daxili Qoşunların sıralarında xidmət etmək  istəyən 357 gənc də qəbulda iştirak  edib. Onların arasından xidmətə daha hazırlıqlı olan 71 namizəd seçilərək sənədlərinin hazırlanması üçün aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib. Nazir daxili işlər orqanlarında xidmətə qəbul üçün seçilmiş namizədlərə tövsiyələrini verib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Qəbulda iştirak edənlər yerlərdə vətəndaşlarla dövlət məmurlarının görüşmələri, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ, həssaslıqla yanaşılması barədə dövlət başçısının məlum tapşırığının yüksək səviyyədə icrasına, problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını  bildiriblər.