DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili işlər naziri tərəfindən keçiriləcək vətəndaşların qəbulu və sıra baxışının vaxtı dəyişdirilib

25.05.2016

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən bu il mayın 27-də Bərdə Rayon Polis Şöbəsində nəzərdə tutulmuş vətəndaşların qəbulunun və sıra baxışının vaxtı dəyişdirilərək iyun ayının 2-nə  keçirilib.
 
Xatırladaq ki, həmin gün Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinlərini qəbul edəcək, eyni zamanda, adları çəkilən ərazi  polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti, həmçinin «İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə gənclərin qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcəkdir.