DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili işlər naziri Ramil Usubov türkiyəli həmkarına zəng edib

20.07.2016

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Türkiyə Respublikasının daxili işlər naziri Efkan Alaya telefonla zəng edib. 

Cənab Ramil Usubov hərbi çevrilişin qəbuledilməz olduğunu bildirərək, Türkiyədəki demokratiyaya və xalq tərəfindən seçilmiş hökumətə tam dəstək verdiklərini vurğulayıb.

Türkiyənin daxili işlər naziri öz növbəsində verilən dəstəyə və göstərdiyi həmrəyliyə görə general-polkovnik Ramil Usubova təşəkkürünü bildirib.