Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Gün ərzində 86 cinayət faktı qeydə alınıb
27 aprel 2017

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 86 cinayət faktı qeydə alınıb, onların da 30-u “isti izlər”lə açılıb.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 31 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. 
  • Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 12 nəfər xəsarət alıb.  
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.  
  • Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər tutulub. 

Gəncə şəhərində yerləşən dini vəsaitlər satan mağazadan xüsusi razılıq (lisenziya) olmadan satışa çıxarılan dini təyinatlı ədəbiyyat və CD disklər aşkar edilmişdir
27 aprel 2017

Baş İctimai Təhlükəsizlik İdarəsi, Nizami (Gəncə) RPİ və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən Gəncə şəhərinin Cavadxan küçəsində şəhər sakini Kifayət Məhərrəmovaya məxsus mağazaya baxış keçirilib. Oradan xüsusi razılıq (lisenziya) olmadan satışa çıxarılan 58 ədəd dini təyinatlı ədədbiyyat və 16 ədəd CD disk aşkar edilərək götürülüb. K.Məhərrəmova barəsində İnzibati Xətalar Məcəlləsinin 516-cı (dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması) maddəsi ilə protokol tərtib edilib.

Yol-nəqliyyat hadisəsi törədədərək, hadisə yerini tərk etməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəşad Ağayev tutulub
27 aprel 2017

Aprelin 25-də saat 20 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi avtomobil yolu keçən qəsəbə sakini İsrail Əhmədovu vuraraq hadisə yerini tərk edib. Piyada xəsarətlə xəstəxanaya yerləşdirilib.
Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Opel" markalı avtomobillə hadisəni törətməkdə şübhəli bilinən sürücüsü - Bakı şəhər sakini Rəşad Ağayev tutulub.

Qax şəhər sakini Elşən Musayevin evinin həyətinə baxış zamanı 116 ədəd çətənə kolu aşkar edilərək götürülüb
27 aprel 2017

Əldə edilən məlumat əsasında Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı şəhər sakini Elşən Musayevin evinin həyətinə baxış zamanı 116 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

13 baş qoyun oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini Fərasət Teymurov tutulub
27 aprel 2017

Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-də rayon ərazisindəki yardımçı təsərrüfatlardan birindən 13 baş qoyun oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini, əvvəllər məhkum olunmuş Fərasət Teymurov tutulub.

Dələduzluq etməkdə şübhəli bilinən Masallı rayon sakini Renat Şahbazov və Lənkəran şəhər sakini Pərviz Quliyev tutulublar
27 aprel 2017

Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 26-da Tofiq Vəliyevi aldadaraq 210 manat pulunu almaqda şübhəli bilinən Masallı rayon sakini Renat Şahbazov və Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Quliyev tutulublar. Ətraflarında aparılan tədbirlərlə onların daha 6 nəfərə qarşı dələduzluq etmələri də müəyyən edilib.

Mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Orxan Gözəlli və Orxan İmanov tutulublar
27 aprel 2017

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 8-də və 17-də Bakı şəhər sakini olan 2 qadının ciblərindən mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Orxan Gözəlli və Orxan İmanov tutulublar.

Oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Emil Axundov və Aleksandr Yermakov tutulublar
27 aprel 2017

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində 1 mağazadan məişət əşyaları, bir nəfərin cibindən mobil telefon, 2 evin girişlərindən təmir-tikinti alətləri və velosiped oğurlamaqda, habelə 1 evdən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Emil Axundov və Aleksandr Yermakov tutulublar.

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Cəbrayıl Quliyev tutulub
27 aprel 2017

Aprelin 27-də Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisindəki mağazalardan birindən pəncərədən girmək yolu ilə 132 manat pul, tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Cəbrayıl Quliyev 14-cü Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən tutulub.

Oğurluqda şübhəli bilinən Lənkəran rayonunun Mamusta kənd sakini Taleh Abbaszadə tutulub
27 aprel 2017

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərdən birindən 10 manat, 100 ABŞ dolları pul və 400 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Mamusta kənd sakini Taleh Abbaszadə tutulub.