DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

"Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevə xəsarət yetirmiş Emil Zeynalov da onun tərəfindən hədələnməsi və xəsarət yetirilməsini bildirmişdir

14.03.2013

Martın 14-də Yasamal rayonu ərazisində "Mercedes" markalı avtomaşının sürücüsü şəhər sakini Emil Zeynalov və onun sərnişini xuliqanlıq zəminində "Gündəlik Bakı" qəzetinin baş redaktoru şəhər sakini Habil Vəliyevə bıçağın dəstəyi ilə üz nahiyəsindən xəsarət yetirmişlər. Eyni zamanda, Emil Zeynalov Yasamal RPİ 27-ci PB-yə müraciət edərək, Habil Vəliyevin onu tapança ilə hədələməsini və qardaşı Rafael Vəliyevin isə bıçaqla ona döş nəhiyəsindən xəsarət yetirməsini bildirmişdir. Araşdırmalar aparılır.

14.03.2013 tarixinə olan kriminal məlumatlar