DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fərhad Ağayev, Zaur Hüseynov və Nihad Sudeyibzadə tutulublar

18.01.2017

Yanvarın 1-dən 6-dək olan müddətdə Xətai rayonunun Neapol küçəsində Bakı şəhər sakini Bilal Qasımova məxsus avtomobillərin təmiri sexindən avtomobil ehtiyyat hissələri oğurlanıb.

Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hasdisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fərhad Ağayev, Zaur Hüseynov və Nihad Sudeyibzadə tutulublar.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların daha 15 avtomobildən oğurluq etmələri, habelə 2 avtomobilin şüşələrini sındırmaları da müəyyən edilib.

18.01.2017 tarixinə olan kriminal məlumatlar