DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinərək tutulan Sumqayıt şəhər sakini Kamil Orucovun digər cinayət əməlləri də müəyyən edilib

23.06.2017

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 30-da Məcnəddin Rəhimovun həyətyanı sahəsindən velosiped oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Kamil Orucov tutulub.

Ətrafında aparılan tədbirlərlə onun car ilin yanvar ayından may ayınadək olan müddətdə şəhər ərazisində 2 avtomobildən, 2  evdən, 1 mağazadan, 2 nəfərin çantasından, əyləncə mərkəzlərindən birindən, 2 həyətdən və 1 mebel sexindən velosiped, mobil telefon, təkər, akkumulyator, danışıq kartları, elektrik naqili, geyim və məişət əşyaları oğurlaması da müəyyən edilib.

23.06.2017 tarixinə olan kriminal məlumatlar