DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Şəmkir rayonunun Zəyəm qəsəbə sakini Tural Məmmədovu qətlə yetirmiş yeniyetmə tutulub

20.10.2017

Oktyabrın 20-də Şəmkir rayonunun Zəyəm qəsəbəsində naməlum şəxs qəsəbə sakini Tural Məmmədova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.

T.Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi olan bir yeniyetmə tutulub.