DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Lənkəran rayon sakini Azər Xalıqovu qətlə yetirməkdə şübhəli bilinən Neftçala rayon sakini Anar Əsgərov saxlanılmışdır

12.12.2017

Dekabrın 12-də “Neft Daşları” platformasında yerləşən yataqxananın otaqlarının birindən Lənkəran rayon sakini Azər Xalıqovun üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti tapılmışdır.

Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Neftçala rayon sakini Anar Əsgərov saxlanılmışdır.

Araşdırma aparılır.

12.12.2017 tarixinə olan kriminal məlumatlar