DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 103 cinayət faktı qeydə alınmışdır

23.02.2018

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 103 cinayət faktı qeydə alınmış, onların da 18-i “isti izlər”lə açılmışdır. 

  • Əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən gün ərzində 6-nın açılması təmin olunmuşdur.   
  • Axtarışda olduğuna görə 60 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir. 
  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır.  
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir. 
  • Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılmışdır.