DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

20.04.2018

Aprelin 21-də saat 01 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Gürcüstan vətəndaşı Tarieli Kakabidzenin idarə etdiyi “Renault” (yük) və Bakı şəhər sakini Eldar Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur.

Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Əliyev və sərnişini, paytaxt sakini Pərviz Məmmədov orada ölmüşdür.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.