DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Saatlı rayon sakini H.Məmmədovu idarə etdiyi avtomobillə vurmaqda şübhəli bilinən Q.Quliyev saxlanılmışdır

20.04.2018

Aprelin 17-də saat 21 radələrində Saatlı rayonunun Qara Nuru kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Habil Məmmədov vurulmuşdur.

Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü - İmişli rayon sakini Qədir Quliyev saxlanılmışdır.