DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Quba rayonu ərazisindəki evlərin birindən 1600 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar

20.04.2018

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 17-də rayon ərazisindəki evlərin birindən 1600 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Sabir Orucov, Taleh Abıyev və Qalib Əlibəyov saxlanılmışlar.

Q.Əlibəyovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmyerlisi Zöhrab Həsənovla birgə daha bir evdən 700 metr elektrik naqili oğurlaması da müəyyən edilmişdir.

Görülmüş tədbirlərlə Z.Həsənov saxlanılmışdır.