DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonunun Maştağa qəsəbə sakini N.Ağayevə və onun arvadına qarşı quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılmışlar

20.04.2018

Aprelin 20-də Sabunçu rayonunun Maştağa qəsəbə sakini Nəcəfəli Ağayevin evinə girmiş 3 maskalı şəxs, onu və arvadı Məsməxanımı bıçaq və dəyənəklə hədələyib pul və qızıl əşyalar vermələrini tələb etmiş, istədiklərinə nail ola bilmədiklərindən N.Ağayevi döymüş, habelə ayaq nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmişdir.

Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri, əvvəllər məhkum olunmuş Sahib Həşimov, Qurbanqulu Hüseynov və Seymur Hüseynov saxlanılmışlar.

Onlardan maddi sübut olaraq ip, əlcək, idman taxtaları və bıçaq götürülmüşdür.