DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanılıb

24.06.2018

İyunun 23-də Nərimanov rayonu ərazisində Ucar rayon sakini Emil Həsənlinin avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

Araşdırmalarla piyadanın saat 13 radələrində Z.Bünyadov prospektində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulduğu məlum olub.

Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və  17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “KİA” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən  Kürdəmir rayon sakini Orxan Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.