DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Xaçmaz şəhəri ərazisində “VAZ-2106”, “VAZ-21099” və “Toyota” markalı avtomobillər toqquşmuşdur

24.06.2018

İyunun 24-də saat 19 radələrində Xaçmaz şəhəri ərazisində Köhnə Xaçmaz kənd sakini Kamran Mürsəlovun idarə etdiyi “VAZ-2106”, Quba rayon sakini Fariz Rüstəmovun idarə etdiyi “VAZ-21099” və Xaçmaz şəhər sakini Şahin Hümmətovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşmuşdur. Nəticədə K.Mürsəlovun xəstəxanaya yerləşdirilmiş sərnişini, Xaçmaz şəhər sakini Zaur Zeynalov orada ölmüşdür.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.