Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
18.04.2024 - Bakı şəhər sakini Fuad Sədrəddinbəyli
Bakı şəhər sakini Fuad Sədrəddinbəyli müraciətinə operativ baxılmasına və diqqətlə yanaşılmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
18.04.2024 - Beyləqan rayon sakini Mehman Əliyev
Beyləqan rayon sakini Mehman Əliyev qanunsuz küçə ticarətinin qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinə görə Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
18.04.2024 - Sosial şəbəkə istifadəçisi Etibar Abdullayev
Sosial şəbəkə istifadəçisi Etibar Abdullayev DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı göndərib. O, müraciətinə qısa müddətdə baxılmasına və ona hüquqi izahın verilməsinə görə Abşeron Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
18.04.2024 - Ağdam rayon sakini Cəmaləddin Mirzəyev
Ağdam rayon sakini Cəmaləddin Mirzəyev vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
18.04.2024 - Cəlilabad rayon sakini Babək Dövlətov
Cəlilabad rayon sakini Babək Dövlətov yol hərəkəti təhlükəsizliyinin etibarlı təmin olunmasına, göstərilən xoş rəftara və nəzakətli davranışa görə Cəlilabad RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir, onlara çətin və şərəfli işlərində uğurlar arzulayır.
18.04.2024 - Bakı şəhər sakini Rəhimə Əsgərova
Bakı şəhər sakini Rəhimə Əsgərova yol hərəkəti təhlükəsizliyinin etibarlı təmin olunmasına görə Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, onlara çətin və şərəfli işlərində uğurlar arzulayır.
18.04.2024 - Şəki şəhər sakini Taleh Dosiyev
Şəki şəhər sakini Taleh Dosiyev müraciətinə operativ baxılaraq müsbət həll olunmasında göstərilən köməkliyə görə Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
18.04.2024 - Quba rayon sakini Zəfər Əliyev
Quba rayon sakini Zəfər Əliyev üzləşdiyi oğurluqla bağlı müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərilən köməkliyə görə Quba Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
18.04.2024 - Vətən müharibəsi qazisi Rövşən İbrahimov
Vətən müharibəsi qazisi Rövşən İbrahimov üzləşdiyi problemə həssas yanaşılaraq qısa müddətdə müsbət həll edildiyinə, eyni zamanda göstərilən diqqət və qayğıya görə Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.