Vətəndaşların nəzərinə
09.09.2016
Qurban bayramı ilə əlaqədar sentyabrın 12-nin və 13-nün qeyri-iş günləri olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri tərəfindən həmin müddətdə vətəndaşların qəbulu həyata keçiriləcək.
DİN-in Mətbuat Xidmətindən