Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Press-relizlər Kriminal xronika Məlumatlar
Gün ərzində 67 cinayət faktı qeydə alınmışdır
15 yanvar 2017Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 67 cinayət faktı qeydə alınmış, onların da 27-si “isti izlər”lə açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər yaralanmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər tutulmuşdur.

Cəlilabad rayon sakini Q.Əsgərovdan tiryək götürülüb
15 yanvar 2017Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Qorxmaz Əsgərovdan 13 kiloqram 355 qram tiryək götürülüb.
Bakı şəhər sakini S.İbrahimovdan narkotik vasitələr götürülüb
15 yanvar 2017Səbail RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Səfər İbrahimovdan 2 kiloqram 205 qram heroin, 11 kiloqram marixuana, 9,588 qram tiryək götürülüb.
Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoymuş Balakən rayon sakini N.Novruzova tutulub
15 yanvar 2017İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən Balakən rayon sakini Niyar Novruzovanın 2016-cı ilin noyabr-dekabr ayları ərzində qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib və həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Səbail rayonu ərazisində avaralıq və dilənçiliklə məşğul olan 9 nəfər barəsində protokol tərtib edilib
15 yanvar 2017Səbail RPİ əməkdaşları tərəfindən rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olduqları üçün 9 nəfər barəsində protokol tərtib edilib.
Bakı şəhər sakini X.Sərdarovanın çantasından pul oğurlamaqda şübhəli bilinən R.Əmrullayev tutulub
15 yanvar 2017Suraxanı RPİ 32-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də Bakı şəhər sakini Xatirə Sərdarovanın çantasından 80 manat pul oğurlamaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Rəhman Əmrullayev tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha 1  paytaxt sakininin cibindən 80 manat pul və sənəd oğurlaması müəyyən edilib.
Abşeron rayon sakini T.Nəzərəliyevə məxsus mağazadan pul oğurlamaqda şübhəli bilinən Xaçmaz şəhər sakini G.Gülməmmədova tutulub
15 yanvar 2017Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də rayon sakini Tofiq Nəzərəliyevə məxsus mağazadan 2500 manat pul oğurlamaqda şübhəli bilinən Xaçmaz şəhər sakini Günel Gülməmmədova tutulub.




Çap et  Çap et