Sabunçu rayonu ərazisində sərnişin avtobusunda rayon sakini İ.Hüseynovun cibindən pul oğurlamağa cəhd göstərmiş E.Namazov zərərçəkən şəxs tərəfindən saxlanılıb
22.08.2017Avqustun 21-də Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində, xətt avtobusunda qəsəbə sakini İsa Hüseynovun cibindən 550 manat pulu oğurlamağa cəhd göstərmiş Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Emil Namazov zərərçəkən şəxs tərəfindən saxlanılaraq 15-ci PB-yə təhvil verilib.