Lənkəran şəhər sakini Əli Həsənovun evinə baxış zamanı saxta əskinaslar, habelə heroin və metamfetamin aşkar edilərək götürülmüşdür
20.04.2018Daxil olmuş əməliyyat məlumatı əsasında Lənkəran ŞRPŞ və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Lənkəran şəhər sakini Əli Həsənovun evinə baxış zamanı 24 ədəd 100 manatlıq və 45 ədəd 50 manatlıq saxta əskinas, habelə 0,216 qram heroin və 0,205 qram metamfetamin aşkar edilərək götürülmüşdür.