Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Aslanov Həzi Arif oğlu


Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Aslanov Həzi Arif oğlu

 

1965-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1986-1988-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçmişdir.

1989-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

1989-cu ildən Daxili işlər orqanlarında xidmət edir:

1993-2003-cü illərdə Bakı şəhəri Yasamal rayon polis idarəsinin İstintaq şöbəsinin rəisi, 2003-2005-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin Təşkilati-İnspektor İdarəsinin rəisi vəzifələrində çalışmışdır.

2005-ci ilin sentyabr ayından Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsindədir.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1546 nömrəli Sərəncam ilə polis general-mayoru  ali xüsusi rütbəsi verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 01.06.2008-ci il tarixli 2912 nömrəli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.

“Hüquq üzrə Fəlsəfə Doktoru”dur.

Ailəlidir. 3 övladı var.