Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin tabeçiliyində olan orqanlarda vakant vəzifələrə xidmətə qəbula dair elan


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin tabeçiliyində olan orqanlarda vakant orta və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir  

Orta rəis heyəti vəzifələrinə respublikanın Quba (1), Lənkəran (1), Gəncə (1), Şirvan (2), Göyçay (2), şəhər və rayonlarında yerləşən regional şöbələrdə 
Kiçik rəis heyəti vəzifələrinə respublikanın Quba (1), Lənkəran (2), Şəki (2), Gəncə (1), Şirvan (1), Bərdə (4) şəhər və rayonlarında yerləşən regional şöbələrdə Masallı «ASAN xidmət» mərkəzində (9)

Ümumilikdə 31 vakant yer tutmaq məqsədi ilə keçirilən müsabiqədə aşağıdakı tələblərə cavab verən Azərbaycan Respublikasının qadın vətəndaşları iştirak edə bilər.

Orta rəis heyəti vəzifələrinə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası almış, yaşı 28-dək, özü və yaxın qohumları məhkum olunmamış, yaşayış yeri üzrə Quba, Lənkəran, Şəki, Şirvan, Gəncə, Göyçay şəhərlərində (ətraf rayonlarda) daimi qeydiyyatda olan; 

Kiçik rəis heyəti vəzifələrinə müsabiqədə dövlət ali təhsil müəssisələrini bitirmiş, yaşı 25-dək, boyu 160 santimetrdən yuxarı olan, özü və yaxın qohumları məhkum olunmamış, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən, yaşayış yeri üzrə Quba, Lənkəran, Masallı, Şəki, Şirvan, Gəncə, Bərdə şəhərlərində (ətraf rayonlarda) daimi qeydiyyatda olan

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq, kompüterlə işləmək qabiliyyətinə malik olan və xarici dillərdən birini sərbəst bilən namizədlərə üstünlük veriləcəkdir.

Xidmətə qəbul olunmaq istəyən şəxslər 2017-ci ilin yanvar ayının 10-dək iş günləri saat 10-dan 17-dək Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Quba, Lənkəran, Şəki, Gəncə, Şirvan, Göyçay və Bərdə  rayonlarında yerləşən regional şöbələrinə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi; 
- təhsil haqqında sənədin əsli;
- əmək kitabçası (olanlar üçün). 

Əlavə məlumat üçün əlaqə telefonları: 
Quba (023-33) 5-23-39; Lənkəran (025-25) 5-16-31; Şəki (024-24) 4-50-97; 
Gəncə (022-26) 6-29-84; Şirvan (021-21) 5-41-91; Göyçay (020-27) 4-89-73; 
Bərdə (020-20) 5-65-93.

                                                                                                Daxili İşlər Nazirliyi