Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Məmmədov Şahin İsgəndər oğlu


 Azərbaycan Respublikası daxili işlər nazirinin müavini - Daxili Qоşunların Kоmandanı general-leytenant Məmmədоv Şahin İsgəndər оğlu

Məmmədov Şahin İsgəndər oğlu 10 yanvar 1961-ci ildə Qazax rayonunun Yenikənd kəndində (indiki Ağstafa rayonunun Zəlimxan kəndi) anadan olmuşdur.

1986-cı ildə SSRİ Daxili İşlər Nazirliyinin Saratov ali hərbi komandanlıq məktəbini və 1999-cu ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının strateji tədqiqatlar və Dövlət müdafiəsini idarəetmə akademik kursunu bitirmişdir.

1979-1981-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçmişdir.

1982-1986-cı illərdə SSRİ Daxili İşlər Nazirliyinin Saratov ali hərbi komandanlıq məktəbində təhsil almışdır.

1986-1992-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında zastava rəisinin siyasi hissə üzrə müavini, zastava rəisi, tabor komandirinin müavini-qərargah rəisi vəzifələrində xidmət etmişdir.

1992-ci ildə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin sərəncamına göndərilmişdir.

1992-1997-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında əlahiddə tabor komandiri, briqada komandirinin müavini - qərargah rəisi və alay komandiri vəzifələrində, 1998-ci ildən isə Daxili Qoşunların Baş İdarəsində Qərargah rəisinin müavini, Qərargah rəisinin müavini - Əməliyyat və döyüş hazırlığı İdarəsinin rəisi,  Daxili Qoşunların Qərargahı rəisinin 1-ci müavini vəzifələrində xidmət etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 9 mart 2011-ci il tarixli Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların  Komandanı vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 11 mart 2015-ci il tarixli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilmişdir.

Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsində, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında xüsusilə fərqləndiyinə və xidməti vəzifələrinin icrasında yüksək peşəkarlıq göstərdiyinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli Fərmanı ilə "Hərbi xidmətlərə görə" və Azərbaycan Respublikası Prezidentinin 10 mart 2012-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalları ilə təltif olunmuşdur.    

Ailəlidir, üç övladı var.