Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Quliyev Fazil Balahəsən oğlu


Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Quliyev Fazil Balahəsən oğlu

1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.

1983-cü ildən daxili işlər orqanlarında xidmət edir.

1983-1989-cu illərdə Nərimanov rayon Daxili İşlər Şöbəsində və Bakı şəhər Daxili İşlər İdarəsinin Qərargahında inspektor, 1990-1999-cu illərdə Bakı şəhəri Daxili İşlər İdarəsinin Qərargahında bölmə rəisi, Qərargah rəisinin müavini, Bakı Şəhər Baş Polis İdarəsinin İqtisadi sahədə cinayətkarlıqla mübarizə İdarəsinin bölmə rəisi, Daxili İşlər Nazirliyinin İşlər İdarəsinin rəis müavini vəzifələrində işləmişdir.

1999-cu ildə Təşkilati-İnspektor İdarəsinin rəisi, 2001-ci ildə Baş Təşkilati-İnspektor İdarəsinin rəisi, 2013-cü ildə daxili işlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

Cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ictimai təhlükəsizliyin mühafizəsində xidməti vəzifələri yerinə yetirərkən fərqləndiyinə və xüsusi xidmətlərinə görə müxtəlif mükafatlara layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni, 2013-cü il 1 iyul tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 2015-ci il 1 iyul tarixli 1311 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə  polis general-mayoru, 2014-cü il 1 iyul tarixli 597 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.

Ailəlidir. İki övladı var.